1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:7.10.2020 11:16:02

İran üçün işğalçılıq heç bir vəchlə qəbul ediləsi deyil.

İslamazeri.com-un Trend-ə istinadən məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün İran hökuməti üzvlərinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bu məsələdə qonşu ölkənin haqqını vermək lazımdır:

“Region çox həssas regiondur. İran müharibənin heç kimin xeyrinə olmadığını hesab edir. Siyasi yollarla, siyasi fəaliyyətlə bu məsələni həll etmək olar.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

Ruhani bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur. İran bu istiqamətdə hər bir köməyi etməyə hazırdır:

“İran Azərbaycan xalqının hüququna hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünə təkid edir. Azərbaycan İran üçün qardaş ölkədir.”


İran Prezidenti: İşğalçılıq heç bir vəchlə qəbul ediləsi deyil

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ