İran prezidenti Seyid İbrahim Rəisi 3 günlük rəsmi səfər üçün Çinə gedib.
Rəsmi təmaslar üçün Pekinə gedən İran prezidenti Seyid İbrahim Rəisi bu gün səhər saatlarında Ümumçin Xalq Nümayəndələri Yığıncağı binasında Çin Dövlət Başçısı Şi Cinpin tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Rəisini Çinə səfəri zamanı böyük bir nümayəndə heyəti müşayiət edir.
İbrahim Rəisi ilə Si Cinpin arasında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Görüşdən sonra Pekində iki ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanacaq.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İbrahim Rəisinin İran-Çin 25 illik əməkdaşlıq sazişi üçün Pekinə gedəcəyini açıqlamışdı.