İran ordusunun sözçüsü: Müharibənin bitdiyini düşünmürük

İran ordusunun sözçüsü: Müharibənin bitdiyini düşünmürük
Yayınlanma tarixi: 4/29/2026 11:30:26 AM

İran ordusunun sözçüsü: "Müharibənin bitdiyini düşünmürük"

İslamazeri.com xəbər verir ki, İran mediasının məlumatına görə, İran ordusunun sözçüsü bildirib: “Biz müharibənin bitdiyini düşünmürük; vəziyyət hələ də müharibə hesab olunur və silahlı qüvvələrin məqsədləri yenilənir”.

İranın yarı-rəsmi “Tasnim” xəbər agentliyinə danışan İran ordusunun sözçüsü Əmir Əkrəminiya əlavə edib: “Təhdidlə mübarizə aparmaq üçün quru qüvvələri ölkənin müxtəlif bölgələrinə yerləşdirilib”.

Sözçü həmçinin vurulan ABŞ döyüş təyyarələri və nəqliyyat təyyarələri ilə bağlı da şərh verərək əlavə edib:

“Kəşfiyyat qiymətləndirmələrinə əsasən, düşmənin hərbi hücumu ehtimalı gözləniləndir və bütün bölmələr tam hazır vəziyyətdədir. Hər hansı bir təhlükə ilə mübarizə aparmaq üçün quru qüvvələri də ölkənin müxtəlif bölgələrinə yerləşdirilib. Ordu bölmələri tez bir zamanda cavab verib və düşmən Amerika təyyarəsini hədəfə alıb. Bu qətiyyətli hərəkət düşmən əməliyyatının məğlubiyyətinə və uğursuzluğuna səbəb olub”.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda atəşkəsi pozmağa davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda atəşkəsi pozmağa davam edir

4/29/2026 12:11:08 PM
İmam Rza (ə) haqqında yeni VİDEO-muz
DİN

İmam Rza (ə) haqqında yeni VİDEO-muz

4/29/2026 11:21:27 AM
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
ÖLKƏ / SİYASƏT

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir

4/29/2026 11:05:48 AM