“İran tərəfindən nüvə sazişi ilə bağlı danışıqlar qapısı açıqdır. Amma bu həmişəlik deyil.”
İslamazeri.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter səhifəsində yazıb.
İordaniyada keçirilən “Bağdad-2” sammiti çərçivəsində Avropa İttifaqının xarici siyasət üzrə Ali rəsmisi Jozep Borrellə görüşündən söz açan Abdullahiyan, nüvə sazişi ilə bağlı danışıqların qapısının həmişə açıq qalmayacağını yazıb.
“Jozep Borrellə görüşümüzdə razılaşmanın son addımlarının atılması ilə bağlı razılaşdıq. Razılaşma üçün danışıqların qapısı İran tərəfindən açıqdır, amma bu həmişəlik deyil. Ukraynada siyasi həllə təkidlə yanaşdıq. Əbu-Qureyb həbsxanasında (İraq), Quantanamoda, Yəmən və Əfqanıstanda uşaq və qadınlara qarşı cinayətlər Amerikaya icazə vermir ki, digərlərinə möizə etsin”, deyə Abdullahiyan əlavə edib.