İran növbəti dəfə Britaniyaya nota verib

İran növbəti dəfə Britaniyaya nota verib
Yayınlanma tarixi: 5.10.2022 11:37:21

Britaniya rəsmilərinin İranla bağlı son mövqelərinə görə bu ölkənin səfiri Tehranda XİN-ə çağırılıb.

İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin Qərbi Avropa bölməsinin baş direktoru Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliflə görüşündə vurğulayıb: İran İslam Respublikası Britaniya Xarici İşlər Nazirliyinin təhrikedici və saxta ifadələrlə ölkənin daxili işlərinə müdaxiləsini rədd edir və onu qətiyyətlə pisləyir.

O əlavə edib: Təəssüf ki, Britaniya tərəfi birtərəfli və seçmə bəyanatlar verməklə faktiki olaraq bu ölkədə İran İslam Respublikası əleyhinə fəaliyyət göstərən terrorçuların ssenarilərində payı olduğunu göstərir.

İran Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib: İran İslam Respublikası Britaniya tərəfinin hər hansı qeyri-adi hərəkətinə cavab olaraq mümkün variantları nəzərdən keçirəcək.

Qeyd edək ki, İranda son iğtişaşlarda ikinci dəfədir ki, Britaniyanın səfiri Tehranda XİN-ə çağırılır.

GÜNÜN MANŞETLERİ