İran mövzusu yenidən masada — Tramp və Netanyahu telefonda danışdı

İran mövzusu yenidən masada — Tramp və Netanyahu telefonda danışdı
Yayınlanma tarixi: 5/18/2026 10:35:54 AM

“İran mövzusu yenidən masada — Tramp və Netanyahu telefonda danışdı.

İslamazeri.com xəbər verir ki, Donald Trump ilə sionist rejimin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

ABŞ mərkəzli Axios nəşrinin adını açıqlamadığı sionist rəsmiyə istinadən yaydığı məlumata görə, Netanyahu ilə Tramp telefonla danışıb.

Axios-a danışan sionist rəsmi bildirib ki, tərəflər telefon söhbətində İran məsələsini müzakirə ediblər.

Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail mediası olan KAN tərəflərin yarım saatdan çox telefon danışığı apardığını bildirib.

Rejim mediası iddia edib ki, Tramp və Netanyahu İranla müharibənin yenidən başlanması və Trampın Çin səfəri barədə fikir mübadiləsi aparıblar.

GÜNÜN MANŞETLERİ

İran: Yəmən böhranının hərbi həlli yoxdur
REGİON / İRAN

İran: Yəmən böhranının hərbi həlli yoxdur

7/26/2026 11:03:29 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

7/26/2026 10:00:25 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM