İran Kəşfiyyatı İsrail casusunu ələ keçirdiyini açıqlayıb

İran Kəşfiyyatı İsrail casusunu ələ keçirdiyini açıqlayıb
Yayınlanma tarixi: 12.10.2022 10:52:05

“İranın Kerman əyalətində təhlükəsizliyə zərbə vurmaq və təxribat törətmək istəyən İsrail cəsusu saxlanılıb.”

İslamazeri.com xəbər verir ki, bu barədə Kerman Əyalətinin Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Kəşfiyyat Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində əyalətin təhlükəsizliyinə zərbə vurmaq və təxribat törətmək istəyən İsrail cəsusunun yeri məlum edilib və ələ keçirilib.

Məlumatda bildirilib ki, ticarət sahəsində sahibkar kimi fəaliyyət göstərən bu şəxs bir sıra ölkələrdə olub və son zamanlarda qonşu ölkələrin birindən geri qayıdıb.

İsrail tərəfi bu məlumata münasibət bildirməyib.

GÜNÜN MANŞETLERİ