İran İslam İnqilabı Keşikçiləri parad keçirir

İran İslam İnqilabı Keşikçiləri parad keçirir
Yayınlanma tarixi: 9.10.2022 13:15:07

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Buşəhrdə Fars körfəzi sularının 2-ci Dəniz Dairəsində genişmiqyaslı parada başlayıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı şəhid Nadir Məhdəvi və onun yoldaşlarının şəhadətinin ildönümü ilə əlaqədar SEPAH-ın hərbi-dəniz gəmiləri Fars hörfəzi sularında parad keçirib.

1987-ci il oktyabrın 8-də Nadir Məhdəvi İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz piyadalarından olan doqquz yoldaşı ilə birlikdə İranın Fars körfəzi bölgəsi yaxınlığındakı ərazi sularını pozan Amerika qüvvələri ilə  döyüşüv və ABŞ hərbiçiləri tərəfindən qətlə yetirilmişdi. O vaxtdan oktyabrın 8-i İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri günü kimi qeyd olunur.

GÜNÜN MANŞETLERİ