1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:20.07.2019 11:22:07

Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə bir məlumatda beynəlxalq dəniz qaydalarını pozduğuna görə, Hörmüz boğazında bir İngiltərə tankerini müsadirə etdiyini bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə bir məlumatda beynəlxalq dəniz qaydalarını pozduğuna görə, Hörmüz boğazında bir İngiltərə tankerini müsadirə etdiyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsi bu məlumatda qeyd edib ki, cümə günü axşam beynəlxalq dəniz qaydalarını pozduğuna görə, "Stena İmpero" adlı bir İngiltərə tankeri Hörmüz boğazında Hormozqan viliayətinin limanlar və dənizçilik təşkilatının xahişinə əsasən, Sepah-ın dəniz qüvvələrinin birinci məntəqəsinin dəniz bölməsi tərəfindən müsadirə olunub.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsinin məlumatına görə, qeyd olunan tanker müsadirə olunduqdan sonra sahilə istiqamətləndirilib və qanuni mərhələlər keçildikdən və lazımi araşdırmalar aparıldıqdan sonra Hormozqan viliayətinin limanlar və dənizçilik təşkilatına təhvil verilibdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri cümə axşamı günü də Fars Körfəzində qaçaq neft daşıyan bir xarici gəmini məhkəmə hökmü ilə müsadirə etmişdi.

"İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu addımı bu qüvvələrin dəniz qaçaqmalçılığı ilə mübarizə, təhlükəsizliyin bərqərarı və milli maraqların qorunması üzrə öz məsuliyyət və vəzifələrinin icrası çərçivəsində atılır. Dənizçilik qanunları, o cümlədən BMT-nin 1982-ci il dəniz qaydaları üzrə konvensiyası çərçivəsində, bir hərbi gəmi, azad sularda beynəlxaql hüquq normalarının icrası istiqamətində beynəxalq dəniz qaydalarına riayət etmədiyi hallarda mülki və qeyri-hökumət gəmisini dayandıra və təftiş edə bilər." - , deyə İran mediasının məlumatında bildirilir.


İran İngiltərəyə məxsus tankeri müsadirə edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ