İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib

İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib
Yayınlanma tarixi: 4/8/2026 10:00:01 AM

İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib.

İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.

İslamazeri.com xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər",- o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:

"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".

Qeyd edək ki, ABŞ İranın atəşkəs üçün irəli sürdüyü bütün şərtləri qəbul edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM