İran, Azərbaycan və Türkiyə nümayəndələri Tehranda görüşəcək

İran, Azərbaycan və Türkiyə nümayəndələri Tehranda görüşəcək
Yayınlanma tarixi: 31.01.2022 17:37:50

Lakin İran XİN-nin sözçüsü üç ölkə rəsmisinin bir araya gələcəyi dəqiq tarixi açıqlamayıb.

“Biz yaxın vaxtlarda İran, Azərbaycan və Türkiyə rəsmilərinin Tehran şəhərində baş tutacaq görüşünə şahidlik edəcəyik”.

İslamazeri.com "Oxu.az"-a xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə yerli və xarici ölkədən olan jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

Lakin İran XİN-nin sözçüsü üç ölkə rəsmisinin bir araya gələcəyi dəqiq tarixi açıqlamayıb.

“Görüşün ən yaxın vaxtda baş tutmasına çalışırıq”, - deyə Səid Xətibzadə bildirib.

Səib Xətibzadəyə Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin vaxtı ilə bağlı da sual ünvanlanıb.

İran XİN rəsmisi bəyan edib ki, Türkiyə Prezidentinin səfəri gündəmdə saxlanılır, lakin onun dəqiq tarixi hələ müəyyən edilməyib.

GÜNÜN MANŞETLERİ