İran avtomobilləri Rusiya bazarına girir

İran avtomobilləri Rusiya bazarına girir
Yayınlanma tarixi: 17.01.2023 15:47:10

Rəsmi Tehran Rusiya ilə avtomobil istehsalı üzrə birgə müəssisənin yaradılması imkanını istisna etmir

İslamazeri.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin rəsmisi Ümid Qalibaf bəyan edib.

“Birgə avtomobil istehsalı və İranda və ya Rusiyada zavodun açılması bizim Rusiyaya öz avtomobillərimizi nə qədər uğurlu bir şəkildə ixrac edə biləcəyimizdən və onun bazarına çıxa biləcəyimizdən, həmçinin də İran avtomobil modellərinin Rusiyada nə qədər yaxşı qəbul ediləcəyindən asılıdır“, – deyə o qeyd edib.

Xatırladaq ki, noyabr ayının sonunda İran Avtomobil Ehtiyat Hissələrinin İstehsalı Assosiyasiyasının başçısı Məhəmmədrza Nəcəfi Maneş demişdi ki, İslam Respublikası Rusiyaya 300 milyon dəyərində İran avtomobillərinin ixracına dair memorandum imzalayıb.

Qalibaf ixracın hələ start götürmədiyini bildirib. O əlavə edib ki, avtomobillər ya artıq yığılmış halda, ya da yığılmamış halda ixrac ediləcək.

Onun sözlərinə görə, ilk tədarüklərin həyata keçirilməsi üçün İran tərəfi Rusiyanın profilli qurumlarından lazımi lisenziyaları almalıdır, avtmobil üçün isə Rusiya Dövlət Standartının təsdiqi tələb olunur.

GÜNÜN MANŞETLERİ