İran ABŞ-a Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

İran ABŞ-a Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Yayınlanma tarixi: 8/1/2026 10:06:38 AM

İran ABŞ-a Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib.

İslamazeri.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib ki, ABŞ regionda hərbi eskalasiyasını davam etdirərsə, Hörmüz boğazı daha da möhkəm bağlanacaq və digər boğazlar və strateji dəniz keçidləri də istifadəyə yararsız hala düşəcək.

Zülqədr ABŞ-ın dəniz blokadasının davam etdirilməsinin və regionda gərginliyin artmasının ciddi nəticələrə səbəb olacağını, qlobal iqtisadiyyatın, enerji bazarlarının və Amerika seçicilərinin bu siyasətlərin bədəlini ödəyəcəyini vurğulayıb.

Bu açıqlama İran Körfəzi Dəniz Administrasiyasının cümə günü ABŞ hərbi hücumları davam etdiyi müddətcə Hörmüz boğazında naviqasiyanın mümkün olmadığı barədə verdiyi açıqlamadan sonra verilib.

İran rəsmiləri bütün tranzit müraciətlərinin yenidən qiymətləndiriləcəyini və təhlükəsizlik şəraiti normallaşdıqca lazımi icazələrin veriləcəyini bildiriblər.

Ötən ay İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın ticarət gəmilərini Hörmüz boğazının cənubundakı "qanunsuz dəhlizdən" istifadə etməyə təşviq etdiyini və İrana qarşı yeni hücumları əsas gətirərək Hörmüz boğazının "Amerika təhdidləri və müdaxiləsi bitənə qədər" yenidən bağlanacağını açıqlamışdı.

Bu qərardan sonra dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında gəmi trafiki kəskin şəkildə azaldı və bir çox gəmi boğazdan istifadəni dayandırdı. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarından sonra bəzi gəmilər marşrutlarını dəyişdirməyə və geri dönməyə məcbur oldular.

GÜNÜN MANŞETLERİ