İran 50 ölkə üçün viza rejimini ləğv edir

İran 50 ölkə üçün viza rejimini ləğv edir
Yayınlanma tarixi: 8.01.2023 14:20:14

Bütün bu ölkələr daha çox regiondan olan qonşulardır.

İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, İranın Turizm, mədəni irs və əl işləri nazirinin müavini Əliəsğər Şalbafan bildirib ki, artıq 50 ölkənin vətəndaşları üçün viza rejimini ləğv etmək üçün hərtərəfli plan hazırlayıblar.

Eyni zamanda, Şalbafan bildirib ki, Rusiya ilə İran arasında qrup viza rejiminin ləğvi ilə bağlı saziş artıq bağlanıb, lakin koronavirusun yayılması səbəbindən bu, təxirə salınıb.

O, həmçinin qeyd edib ki, bu müddət ərzində Rusiya tərəfi ilə bir neçə görüş keçirilib və İranın təklifləri onlara çatdırılıb; İran bu sazişi reallaşdırmaq üçün Rusiyanın cavabını gözləyir.

Digər ölkələrlə bağlı Şalbafan bildirib ki, nazirlik artıq viza rejiminin ləğvi üçün 50 ölkənin siyahısını hazırlayıb və hökumətə təqdim olunub.

Onun sözlərinə görə, bütün bu ölkələr daha çox regiondan olan qonşulardır.

GÜNÜN MANŞETLERİ