EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:10.10.2019 17:01:28

Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyal İsmayılov saxlanılıb

İslamazeri.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyal İsmayılov adlı şəxs saxlanılıb.

"Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alıb.

Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib.

Qeyd edək ki, hələlik 31 nəfər zərərçəkən saxlanılan şəxsin qanunsuz əməllərindən polis orqanlarına şikayət edib.

 Artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib.
Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar vasrsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.", - deyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

İnsanları Məşhəd, Kərbəla ziyarətinə aparmaq adı ilə aldadıb pullarını alan şəxs saxlanılıb - DİN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ