İnsanın 3 əməl dəftəri

İnsanın 3 əməl dəftəri
Yayınlanma tarixi: 26.04.2023 18:48:45

İslamazeri.com-un "Din" rubrikasından...

İmam Rza (ə) buyurur: “O zaman ki, Qiyamət günü olar, imanlı insan Allah dərgahında qərar tutar. Allah Özü onu hesaba çəkər. Əməllərini ona göstərər.
O, ilk əməl dəftərinə nəzər salar ki, orada günahları qeydə alınmışdır və onu görən zaman rəngi dəyişər. Bədəninə titrətmə düşər.
Sonra başqa əməl dəftərinə baxar ki, orada yaxşı əməlləri və onların savabları qeyd olunmuşdur. Onu görən zaman sevinər.
Ondan sonra Allah mələklərə əmr edər ki, səhifələri gətirsinlər ki, orada heç bir əməl qeyd olunmamışdır. Mələklər həmin səhifəni möminin qarşısına qoyar. O zaman ki, mömin həmin səhifəyə baxar, başa düşər ki, həmin səhifədə (savablar qeyd edilmişdir), ancaq əməl yazılmamışdır.
Allaha ərz edər: “Allahım, izzət və cəlalına and olsun ki, bu səhifələrdə əməl görmürəm”. Allah ona buyurar: “Düz deyirsən. Siz o (yaxşı) əməlləri niyyət etmisiniz (ancaq yerinə yetirməyə müvəffəq olmamısınız). Biz həmin əməlləri sizin üçün qeyd etmişik”. Sonra möminlərə həmin əməllərin niyyətinə görə mükafat verər”.

GÜNÜN MANŞETLERİ