1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:10.03.2019 16:25:49

Hicri-qəməri tarixi ilə rəcəb ayının 3-ü müsəlmanların 10-cu imamı Əli ibni Məhəmməd Nəqinin (ə) şəhid edilən günüdür

İslamazeri.com-un məlumatına görə, hicri-qəməri təqviminin 214-cü ilində zilhiccə ayının ortalarında Mədinədə dünyaya gələn həzrət Abbasi xəlifəsi Mutəz-Billah tərəfindən İraqın Samirra şəhərindəki hərbi qərargahların birində daim nəzarət altında saxlanılırdı və məhz bu səbəbdən ona və 11-ci imama "əl-Əsgəri" ləqəbləri verilib.

Bundan başqa, ona sahib olduğu fəzilətlərə görə yaşadığı dövrdə xalq tərəfindən bir çox digər ləqəblər də verilib: "Hadi" (yol göstərən), "Nağı" (pak), "Əmin" (əmanət saxlayan), "Nasih" (nəsihətçi) və sair.

Mutəz-Billah imamın günbəgün artan nüfuzundan qorxaraq, hicrətin 254-cü ilində o həzrəti zəhərləyir.

Hədislərə görə, imam bir neçə dildə danışıb, digər dinlər və millətlərin alimləri ilə münasibətlər qurub. Onun haqqında saysız-hesabsız fəzilətli sifət və kəramət (möcüzə) sahibi olduğu nəql edilir.

Bildirək ki, hazırda imamın məqbərəsi Samirrada yerləşir.

Qeyd edək ki, 11-ci imamın (Həsən Əsgəri (ə)) məzarı da buradadır.

İraqda intensiv şəkildə törədilən terror aktlarına baxmayaraq, o həzrətin şəhid edilən günündə zəvvarların məqbərəyə axınına heç nə mane ola bilmir.

Xatırladaq ki, Samirradakı bu iki imamın məqbərəsi 2006-cı ilin fevralında və 2008-ci ildə təkfirçi terrorçuların törətdiyi partlayışa məruz qalıb. Nəticədə məqbərənin minarələri və gümbəzi tamamilə dağılaraq sıradan çıxıb. Hazırda isə hərəm kompleksi  tamamilə hazırdır. 

İmam Əliyyən Nəqi (ə) haqqında qısa məlumat:

Adı: Əli
Ləqəbi: Hadi və Nəqi
Künyəsi: Əbülhəsən
Atası: Həzrət İmam Məhəmməd Təqi (ə)
Təvəllüdü: Hicri 214-cü il
İmamlıq müddəti: 34 il
Ömrü: 40 il
Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid edilib
Məzarı: İraq, Samirra şəhəri.

Hadi ləqəbi ilə məşhur olan imam Əliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası İmam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil İmamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

Bir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. İmam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Ó˜ksinə bu iş sənin xeyrinə qurtaracaq.» Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Ó˜gər mümkündürsə onu iki böl və hər birini üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri islam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülm ilə saziş etməmələri və yoxsullardan tərəfdarlıq etmələri zülmkarları qəzəbləndirirdi. Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o həzrətin yaşadığı ən ağır dövr Mütəvəkklin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir kişi idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseyn əleyhissalamın qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil hətta alimlərdən biri olan Məhəmməd ibni İdrisdən tərəfdarlıq edərək xalqın məsələlərini ondan soruşmalarını təşviq edirdi ki, ta Ó˜li (ə) xanədanından uzaqlaşsınlar. Mütəvəkkil törətdiyi ağır cinayətdən (yəni imamı qətlə yetirməkdən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət şiə türklər tərəfindən öldürüldü.

Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: Siz nə üçün məmurlarınıza imam Hadi əleyhissalama hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: Imam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir. Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o həzrətə daha artıq hörmət etsinlər.

Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibni Sekkeytdən «mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.O, dərhal və cəsarətlə belə cavab verdi: «Əli əleyhissalamın qulu olan Qənbəri səndən və sənin uşaqlarından da daha artıq sevirəm».Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan təkin dərhal əmr etdi ki, bu böyük kişinin dilini peysərindən çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

Mütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta günü bu gün də Samirra şəhərində mövcud olan qüllənin ucaldılmasında bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbərin övladını elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranlarını təmin edirdilər. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Əli (ə) övladları ilə sərt davranır, Əli (ə) düşmənlərilə dost, eləcə də onlara Əli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc rəftarları ilə Əli əleyhissalamı lağa qoyub Mütəvəkkili güldürürdü.Mütəvəkkilin Əli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: Hər kim Əli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır.Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadi əleyhissalamı Mədinədən Samirraya sürgün etdi və o həzrəti oğlu imam Həsən Əskəri ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Əskəri ləqəbi ilə məşhur oldu.

Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra imam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.

İmamdan qısa kəlamlar:
1.Hər kəs Allahın pənahında yaşasa, dünya narahatlıqları ona asan olar.
2. Hər kəs utanmadan günah edib həya pərdəsini yırtsa, Allah onu zəlil və biçarə edər.
3.Hər kəs işlərində başqaları ilə məsləhətləşməsə, zərər edər.
4. Dünya bir bazar kimidir ki, bəziləri ondan mənfəət, bəziləri isə ziyan aparır.
5. Zarafat və istehza etmək ağılsızların əyləncəsidir.

 

İslamazeri.com olaraq başda İmam Zaman (ə) və naibləri olmaqla bütün Quran və Əhlibeyt tərəfdarlarına, İslam Dünyasına dərin hüznlə başsağlığı veririk!


İmam Əliyyən Nəqinin (ə) şəhid edilən gündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ