1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.02.2019 11:22:21

"Çerkezköy" İcmasının sədri və dədəsi Seyid Sinan Boztəpə "İmam Əlisiz ələvilik" və "ateist ələvilik", Ərbəinə gedən ələvi gənclər və başqa mövzulara toxunub

Vatikan və bir çox başqa qərb təşkilatları ələviliyin dəyişdirilməsi və ateistləşdirilməsi istiqamətində işlər görür.

İslamazeri.com xəbər verir ki, bunu Türkiyə Ələvilərinin tanınmış simalarından, "Çerkezköy" İcmasının sədri və dədəsi Seyid Sinan Boztəpə bildirib.

"Shafaqna"ya müsahibəsi zamanı maraqlı məqamlara toxunan Seyid Sinan Boztəpə Türkiyədə "Əlisiz ələvilik" proqramını təbliğ edən qurumların olduğu kimi Avropada da bu istiqamətdə fəaliyyətlərin aparıldığını bildirib.

"İllərdir Avropada bu istiqamətdə fəaliyyət aparılır. Xüsusilə "Əlisiz Ələvilik" iddiasında olan dərnək və icmalar Almaniyada qurulub. İddialar və yazılı faktlara baxdıqda bu layihənin arxasında Almaniya dövlətinin əlini görmək olar. Hətta daha böyük həqiqəti diqqətinizə çatdırım ki, bu layihə və fəaliyyətlərin arxasında Vatikan belə var. Xüsusilə Avropada ilk "Əlisiz Ələvilik" iddiasında olan dərnək və icmalar mədəni yardımlar adı altında maliyyələşdirildilər. Bunların əlilə Cemevləri açıldı.", -deyə Seyid Sinan Boztəpə qeyd edib.

Daha sonra "Çerkezköy" İcmasının sədri və dədəsi Seyid Sinan Boztəpə deyib: "Avropada bu istiqamətdə Allahın inkar edildiyi, Peyğəmbərin və İslam dininin rədd edildiyi, 12 İmamların qəbul edilmədiyi, tamamilə təməlində Şamanizm, Zərdüştlüyün olduğu, hətta müxtəlif yerlərdə Xristianlıq və Musəviliyin də işin içinə daxil olduğu Oriental bir inanc yaradıldı."
Bu fəaliyyətlərin daha sonra bir çox ölkələrə yayıldığını önə çəkən Seyid Boztəpə "Avstraliyada dövlətə ələviliyin ayrı bir din olduğunu qəbul etdirməyi bacardılar. Bu ölkədə Ələvi İslami icmalar yadlaşdırıldı. Xüsusilə Ələvi gənclər bu tora düşməməlidirlər. Zatən bir az araşdırsalar, Ələviliyin belə bir uydurma inanclardan uzaq, kökü 14 əsrdən əvvəl böyük və əsil bir təmələ sahib olduğunu anlayarlar", - deyə bildirib.
"Çerkezköy" İcmasının sədri və dədəsi Seyid Sinan Boztəpə Ələvilərin İmam Hüseynin (ə) Ərbəininə getməsi haqda isə "Ələvilər Ərbəinə say baxımından hələki az gedirlər. Türkiyədə bu məsələdə zəiflik var. Ötən il Ərbəinə 10 min Ələvinin qatıldığı bildirilir. Əlbəttə ki, 20 milyon ələvinin yaşadığı bir ölkə üçün bu kiçik bir rəqəmdir.", - deyib.

Ələviləri şiələrdən qoparmaq istəyən güclərin olduğunu diqqətə çəkən Seyid Boztəpə "Ələvilər eyni zamanda şiədirlər. Şiələr isə Ələvi. Yəni ələvi həm də tərəfdardır. 350 il öncələrdəki faktlara, tarixi sənədlərə baxdıqda Anadoludakı Ələvilərə Şiə deyə səslənirdilər. Bir müddət sonra Osmanlıda ələvi, şiə hamısına ələvi dedilər. Şiə və ələviləri ayırmaq üçün kəlmə oyunu oynamağa başladılar. Lakin son zamanlar ələvi gənclər bu planları pozmaqdadır. Xüsusilə ziyarətə gedən Ələvi gənclər, dünyanın dörd bir yanından gələn Şiələrlə tanış olurlar. Son sözüm budur ki, Ələvi Şiə, şiələr isə ələvidirlər.", -deyə sonda bildirib.


"İmam Əlisiz ələvilik" və "ateist ələvilik" kimin layihəsidir? - Ələvi dədəsi Seyid Boztəpə açıqlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ