İmam Əlinin ürək barədə tərifi: “Çox təəccüblü bir üzvdür"

İmam Əlinin ürək barədə tərifi: “Çox təəccüblü bir üzvdür
Yayınlanma tarixi: 11/29/2021 5:30:56 PM

Həzrəti Əlinin kəlamlarından...

İnsanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər. Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.

Nəhcül Bəlağə

GÜNÜN MANŞETLERİ

Qaradağlı faciəsindən 34 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Qaradağlı faciəsindən 34 il ötür

2/17/2026 10:09:01 AM
Əraqçi Cenevrədə Qrossi ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Cenevrədə Qrossi ilə görüşüb

2/16/2026 5:16:13 PM
Rubio: İranla razılaşma mümkündür
DÜNYA / MARAQLI

Rubio: İranla razılaşma mümkündür

2/16/2026 5:13:35 PM