İmam Hüseyn (ə) hərəminin bayrağı Roma Papasına hədiyyə edilib

İmam Hüseyn (ə) hərəminin bayrağı Roma Papasına hədiyyə edilib
Yayınlanma tarixi: 3.10.2022 13:38:38

İmam Hüseyn (ə) hərəminin bayrağı dünya katoliklərinin rəhbərinə bağışlanıb.

İslamazeri.com xəbər verir ki, İmam Hüseyn(ə) hərəminin xidmətçiləri şənbə günü gecə bu müqəddəs ziyarətgahın günbəzindəki bayrağı Vatikanda dünya katoliklərinin rəhbəri, Papa Fransiskə hədiyyə ediblər.

Bu addım Vatikanda müxtəlif din və məzhəblər arasında sülh və qardaşlıq yaratmaq məqsədilə atılıb.

İmam Hüseyn(ə) hərəminin xidmətçilərindən birinin dediyinə görə, Roma Papası ötən il İraqda səfərdə olarkən, İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Seyid Əli Sistani ilə görüşmüş və özünün pak İmamlara (ə), xüsusən İmam Hüseynə (ə) olan səmimi ehtiramını bildirmişdi.

GÜNÜN MANŞETLERİ