1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.10.2018 19:51:53

REAL sədri Avropa Parlamentinin konfransına çıxışçı qismində dəvət olunub

REAL sədri Avropa Parlamentinin konfransına çıxışçı qismində dəvət olunub

REAl Partiyasının sədri İlqar Məmmədovun dəvət olduğu beynəlxalq konfransda iştirak etmək istəyir. Ölkədən çıxışına qadağa qoyulan siyasətçi səfərinə icazə verilməsi üçün Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciət edib.

Bu barədə REAl Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İlqar Məmmədov ötən həftə Avropa Parlamentinin "Avropa uğrunda Liberal Demokratlar Alyansı”nın (ALDE) deputatları tərəfindən oktyabrın 17-də Brüsseldə keçiriləcək konfransa çıxışçı qismində dəvət olunub.

İlqar Məmmədovun Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciətində onun barəsində çıxarılmış məhkəmə qərarlarının qanunsuz olduğu vurğulanır. REAl lideri şöbədən xahiş edib ki, beynəlxalq konfransda iştirakına icazə verilsin.

“Dəvət aldığım bu konfransda iştirakıma - sərbəst səfər etməyimə qoyulan məhdudiyyəti uyğun və effektiv şəkildə aradan qaldıran qaydada razılıq verməyinizi xahiş edirəm”, İlqar Məmmədov müraciətində yazıb. Müraciət oktyabrın 7-də göndərilib. Ona hələlik cavab verilməyib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

AİHM İlqar Məmmədovla bağlı 2017-ci ilin noyabrında verdiyi ikinci qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ)maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar ŞəkiApellyasiya Məhkəməsinə göndərib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İlqar Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.(Amerikaninsesi)


İlqar Məmmədov səfərə getmək üçün icazə istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ