EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.11.2017 11:01:16

Amerikalı müsəlman xanım idmançıya Barbi gəlinciyi həsr edilib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Barbi kuklalarının hazırlanması ilə məşğul olan ABŞ-ın “Mattel” şirkəti tezliklə yeni gəlinciyin buraxılacağını elan edib. Yeni oyuncaq amerikalı qadın qılıncbaz İbtihac Muhəmmədə həsr ediləcək.

Qeyd edək ki, adıçəkilən idmançı xanım 2016-cı ildə Braziliyada keçirilmiş Olimpiya oyunları zamanı ABŞ yığmasının tərkibindəki ilk hicablı müsəlman xanım olub.

Planlaşdırılır ki, “müsəlman” Barbi artıq gələn ildən satışa çıxarılacaq.

Xanım İbtihacın özü isə, ona həsr edilmiş kuklanı “Instagram”dakı səhifəsində paylaşıb.

Bildirilir ki, həmin kukla dəstində qılıncbaz kostyumu, qılınc və dəbilqə ilə yanaşı, başqa paltarlar da olacaq.


İlk “müsəlman” Barbi satışa çıxarılacaq - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ