İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib

İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib
Yayınlanma tarixi: 28.10.2022 11:19:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.

İslamazeri.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edilib, ticarət dövriyyəsinin artımı vurğulanıb.

Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

GÜNÜN MANŞETLERİ