Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.11.2021 17:09:43

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə İran prezidenti İbrahim Rəisinin Aşqabadda görüşəcəyi gözlənilir.

Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisi bu ayın sonu Türkmənistanın paytaxtı Aşqabadda görüşə bilərlər. 
İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin əlamətdar olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Qeyd edək ki, noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.

İlham Əliyev İbrahim Rəisi ilə görüşəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ