Patriarx Mixeil Saakaşviliyə taxta çıxması günü münasibətilə təbrik etdiyi üçün təşəkkür edir.
İslamazeri.com 1tv-yə istinadən xəbər verir ki, Ümumi Gürcüstanın katolikos-patriarxı II İliya Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə məktub göndərib.
Patriarxın məktubu əvvəlcə mediada yayılıb, daha sonra isə Patriarxlığın Mətbuat Xidməti məktubun göndərilməsini təsdiqləyib.
Patriarx Mixeil Saakaşviliyə taxta çıxması günü münasibətilə təbrik etdiyi üçün təşəkkür edir.
“Cənab Mixeil, təbrikə görə sizə ürəkdən təşəkkür edirəm. Mən də ad gününüzü təbrik edirəm və qarşıdan gələn Yeni il-Milad Bayramınızı təbrik edirəm. Sizə cansağlığı, cəsarət və ilk növbədə mənəvi gücünüzü möhkəmləndirmək və həqiqi, başqa reallığı tanımaq üçün Rəbbin rəhm etməsini arzulayıram” -deyə məktubda qeyd olunub.