EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.06.2019 17:15:41

ABŞ kəşfiyyatındakı mənbə İŞİD terror təşkilatı ilə bağlı məlumat yayıb.

İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı ABŞ və Avropa ölkələrinə hücum məqsədi ilə Əfqanıstandakı aktivliyini ciddi şəkildə artırıb.

ABŞ kəşfiyyatındakı mənbənin məlumatına görə, Əfqanıstanın şimal və şərqindəki son hücumlar Qərbdəki iri hücumlar üçün təlim rolunu oynayırdı.

İŞİD terrorçuları yaxın aylarda fəaliyyət zonasını Əfqanıstanın şərqində Cəlalabadadək (Nanqərhar əyalətinin mərkəzi) genişləndirmək niyyətindədirlər. Onlar sonradan buranı digər ölkələrdəki terror aktlarının hazırlanması üçün əməliyyat meydanı kimi istifadə edəcəklər.

Əyalət rəhbərliyi də təsdiq edib ki, İŞİD həm Nanqərhar, həm də digər qonşu əyalətlərdə öz təsirini gücləndirmək cəhdlərini davam etdirir.

Bundan başqa, terrorçular Hindistan, Banqladeş, Çin, Özbəkistan və Çeçenistan sakinləri arasından öz cərgələrinə yeni üzvlər cəlb edir.


İDDİA: İŞİD ABŞ və Avropaya hücumlara hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ