Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.11.2021 16:46:28

"İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."

İslamazeri.com İran mediasına istinadən istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Seyid İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) XV zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Üç ölkənin çoxlu mədəni, dini ortaqlıqları vardır. Eyni zamanda bu münasibətlərdə problemin yaranmasına icazə vermək olmaz” -deyə o bildirib.

İran prezidenti qeyd edib ki, İran və Türkiyə arasında münasibətlərinin inkişafı iki ölkə xalqları və regionda sülh və stabilliyin xeyrinədir.

İran prezidentinin sözlərinə görə, İran və Türkiyənin ticarət dövriyyəsi münasibətlərin inkişafı potensialı hazırkı vəziyyətdən daha böyükdür. İki ölkə ticarət dövriyyəsi, iqtisadi və siyasi münasibətləri artırmaqla münasibətləri strateji səviyyəyə yaxınlaşdıra bilər.

Rəisi əlavə edib ki, İran və Türkiyənin müxtəlif sahələri, o cümlədən enerji, bank və pul, ticarət dövriyyəsi sahələrində əməkdaşlıqlarının inkişafı üçün müxtəlif sadələşdirmələr aparılmalıdır. Bu sahədə güzəştli tarifləri yenidən nəzərdən keçirmək olar.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, iki ölkə münasibətlərinin, xüsusilə də iqtisadi sahədə yüksək inkişafını əldə etmək olar.

“Türkiyə, Rusiya və İran regionun digər ölkələrinin əməkdaşlığı ilə regionun təhlükəsizliyi və stabilliyini qoruya bilərlər” -deyə o bildirib.


İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022
    Lukaşenko:
    “Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ