EURO 1,8722 TRY 0,2967
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.06.2019 14:45:49

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq" (ASMAUİ) bəyanatla çıxış edərək jurnalistlərin təqib olunması ilə bağlı son olayları pisləyib.

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq" (ASMAUİ) bəyanatla çıxış edərək jurnalistlərin təqib olunması ilə bağlı son olayları pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, "Realliq.info" saytının redaktoru İkram Rəhimov iyunun 12-də hədə yolu ilə pul tələb etmək ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

ASMAUİ qeyd edir ki, İ.Rəhimov 2018-ci il oktyabrın 27-də Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun ünvanına kəskin tənqidi bəyanatın dərcindən bir neçə saat sonra həbs edilib.

Bundan öncə İ.Rəhimov mətbuata kuratorluq edən yüksək vəzifəli məmurların korrupsiyaya bağlılığı haqda məqalələr dərc edib.

İ.Rəhimovun barəsində hökmün çıxarıldığı gün "Xeberman.com" və "Press-az.com" informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov saxlanılıb.

Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

P.Aslanovun ailə üzvləri bildiriblər ki, jurnalist xüsusi xidmət orqanı əməkdaşlarının rüşvətxorluğu barədə məqalənin dərcinə görə təqib olunur. Onların sözlərinə görə, məhz bu səbəbdən bir il öncə onu orduya çağırdılar, baxmayarq ki, o, səhhətilə əlaqədar orduya yararsız idi.

ASMAUİ bu halları "jurnalistlərə qarşı repressiyaların davam etməsi" və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş mətbuat və ifadə azadlığının boğulması" kimi qiymətləndirir.

ASMAUİ İ.Rəhimovu və P.Aslanovu siyasi məhbuslar kimi tanıyıb və hakimiyyəti onları dərhal azad etməyə çağırıb.

ASMAUİ-nin siyasi məhbuslar siyahısında 7 jurnalist var.

* ASMAUİ 2018-ci ilin noyabrında hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov, həmçinin Azərbaycan Ziyalılar İttifaqının rəhbəri Eldəniz Quliyev tərəfindən təsis edilib.(Turan)


Hüquq müdafiəçiləri jurnalistlərin təqib olunması ilə bağlı son olaylar haqda

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək
    Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.
     17.09.2019
    Balakəndə naməlum xəstəliyin aşkarlanması haqda Nazirlik təkzib AÇIQLAMAsı yaydı
    Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
     17.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ