1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 15:35:06

İsrail bankları qanunsuz yəhudi məskənlərinin salınması işində iştirak edərək insan hüquqlarını pozurlar.

İnsan hüquqları üzrə "Human Rights Watch" təşkilatı Fələstinin Qərb sahili regionunda qanunsuz yəhudi məskənlərinin salınmasın prosesində iştirak etmiş İsrail banklarını tənqid edib.

İslamazeri.com-un İsrail mediasına istinadla xəbərinə görə , təşkilatın hesabatında deyilir ki, sözügedən məskənlərin salınması üçün bəzi İsrail banklarının kredit ayırması və maliyyət yardımı təklif etməsi insan hüquqlarının pozulması ilə nəticələnir. Bu gün dərc edilmiş hesabatda vurğulanır ki, İsrail qanunları həmin banklardan yəhudi məskənlərinin salınması işində iştirakçı olmağı tələb etmir, bu səbəbdən banklar bu prosesə qatılmamalıdırlar. Qeyd olunub ki, bugünədək bankların ayırdığı kredit və digər vəsaitlər hesabına salınmış məskənlərdə 400 min nəfər israilli yaşayır.

Bildirək ki, bu məskənlərin bir çoxu yerli fələstinlilərin zorla köçürülməsi, əmlaklarının əllərindən alınması yolu ilə əldə edilib.


"Human Rights Watch" təşkilatı İsrail banklarına xəbərdarlıq edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ