EURO 2,078 NEFT 68,81
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.11.2017 20:25:51

Məşhur alim Stefen Haukinq "Texnologiya bir nöqtədə insanlardan daha üstün bir nöqtəyə gələcək və insanları məhv edəcək" deyib.

Məşhur alim Stefen Haukinq "Texnologiya bir nöqtədə insanlardan daha üstün bir nöqtəyə gələcək və insanları məhv edəcək" deyib.

İslamazeri.com xəbər verir ki, tanınmış elm-texnologiya jurnalı "Wired"a danışan Haukinq "Robot və kompüterlərin çox inkişaf etməsi bir nöqtədən sonra bəşəriyyəti təhdid edən bir nöqtəyə gələcək. Əgər insanlar kompüter virusu hazırlasa süni zəka bunu inkişaf etdirərək, məhv edə bilər" deyib.

Haukinq "Maşınlar bir müddət sonra insanlardan daha fəal olacaq və Dünyanı idarə edəcək bir mövqeyə gələcək. Bəşəriyyət təcili olaraq koloniya yarada biləcəyi bir planet tapmalı və buralara yerləşməlidir. Çünki artıq geri dönülməz bir nöqtəyə gəlmişik. Qlobal əhali həyəcan siqnalı verərək artır və Dünyamız çox kiçikdir. Artıq özümüzə zərər vermə dərəcəsinə gəlib" deyə bildirib.

Stefan Haukinqin təşəbbüsü ilə yaradılan "Breakthrough Listen" adlı teleskop şəbəkəsi Dünyaya 3 milyard işıq ili uzaqlıqdakı bir qalaktikadan güclü radio dalğaları gəldiyini müəyyən edib. Radio dalğalarının cırtdan bir qalaktikadan gəldiyi və güclü bir şəkildə davamlı olaraq təkrar olunduğu qeyd olunub. 2012-ci ildə də, yenə dünyaya 3 milyard işıq ili uzaqlıqdakı cırtdan bir qalaktikadakı bir mənbədən gələn təxminən iki düjün (24 ədəd) FRB müəyyən edilmişdi.

"Breakthrough Listen" layihəsində çalışan Vişel Qeccer mənbənin yenidən aktiv hala gəldiyini bildirib radio dalğalarını "sirli" deyə qiymətləndirib. Layihənin direktorlarından Endryu Siyemiyon siqnalların "dünyaya adi olmayan bir texnologiya"dan verilə bilmə ehtimalını kənarlaşdırmayıb. Harvard Universitetindən Piter Uilyams isə "Bu dalğaların necə yarandığına dair, hələ ki, qənaətbəxş bir izah edə bilən birini görmədim" deyib.


Houkinq: Bəşəriyyət məhv olacaq, təcili olaraq koloniya yaradıla biləcək bir planet tapılmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar
    Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.
     22.01.2018
    Suriya Ordusundan
    Suriya Ordusu "Nusra Cəbhəsi"nə ağır zərbələr endirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ