EURO 1,8829 TRY 0,289
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:22.07.2019 16:13:44

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nə üçün yenidən İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə çevrilib ?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nə üçün yenidən İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə çevrilib ?

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu agentliyə birləşdirilib.
Bir ildən çoxdur ki bu yeni yaradılan qurum ortada yoxdur. Nə rəhbəri təyin edilib, nə strukturu var nə də Əsasnaməsi var.
Prezident adı çəkilən fərmanı dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, daha çevik və effektiv idarəetmənin tətbiqi məqsədilə imzalayıb.

Bəs nə üçün fərman icra olunmur ?

Düşünürəm ki bu müəyyən dairələrin maraqları ilə bağlı ola bilər. Bunun üçün bu qurumun səlahiyyət dairəsinə nəzər salmaq yetərlidir. Dövlət satınalmalarının təşkili, rəqabətli mühitin formalaşması, haqsız rəqabətin qarşısının alınması, istehlakçıların və eləcə də sahibkarların hüquqlarının qorunması, stardartlaşma, qeyri-neft sektorunun inkişafı üçün normal mühitin formalaşması və s. bu qurumun səalhiyyətindədir

Qurum öz səlahiyyətlərini icra edə bilirmi ?

Şübhə edirəm.
Əgər qurum yerində olsaydı hansısa bir şirkət yarım ildə 166 dəfə tenderdə qalib gəlib dövlət büdcəsindən 48 milyon ala bilməzdi.
Heç olmasa 160 dəfə başqa bir şirkətlər bu vəsaiti əldə edə bilərdi və daha rəqabətli mühit formalaşardı və daha ədalətli olardı.

Əgər Antiinhisar qurumu yerində olsaydı NRYTN 3 ildə heç olmasa bir özəl provayderi dövlət resursu olan Kabel-Kanal sisteminə daxil olmasına imkan verərdi. Hazırda bu imkandan yalnız dövlət provaydreləri bəhrələnir.

Əgər Antiinhisar qurumu yerində olsaydı NRYTN-nin dövlət telekommunikasiya operatorları gecələr özəl provayderlərin müştərilərini oğurlaya bilməzdi.

Əgər Antiinhisar yerində olsaydı magistral (backbone) provaydrein 70% qiymət endirimini internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri rədd edə bilməzdilər.

Əgər Antiinhisar yerində olsaydı NRYTN-nin Teleradio İB monopol qurumu MTRŞ-i vecinə almayaraq hər ildə 4-5 dəfə ölkənin bütün efir məkanını söndürə bilməzdi.

Əgər Antiinhisar qurumu yerində olsaydı hansısa bir İT şirkəti hansısa bir Nazilriyi aladadıb, sadə bir İT həll təqdim edib, ilkin kodları verməməklə özündən asılı vəziyyətə salıb hər il milyonları sora bilməzdi. Və ya realda mövcud olamayan bir İT infrastrukturun servisi və ya yenilənməsi üçün hansısa şirkətə 20 milyon büdcə vəsaiti verilə bilməzdi.

Əgər Antiinhisar yerində olsaydı magistral (backbone) provaydrein 70% qiymət endirimini internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri rədd edə bilməzdilər.

Əgər Antiinhisar qurumu yerində olsaydı rəqəmsal sektorda, xüsusilə mobil operatorlar tərəfindən aramsız olaraq hüququ pozulan istifadəçilərin hüquqlarının qorunmasına bir əncam çəkilərdi.

Bu cür misallar çoxdur.

Hiss olunur ki hökumət bu istiqamətdə nəsə etməyə çalışır. Dövlət satınalmaları ilə bağlı qanun təkmilləşdirilib, elektron satınalmaya hazırlıq gedir. E-satınalmalarla bağlı yeni Portal yaradılıb.

Lakin, qəribədir ki , MDB məkanının bəlkə də ən zəif portallarından biri hazırlanıb. Heç bir funksionalllığı, effektivliyi, maraqlı tərəflər üçün faydalılığı, hesabatlılığı yetərli olmayan bir resurs ortaya qoyulub. Heç olmasa , Kazaxstanın, Rusiyanın , qonşu Gürcüstanın müvafiq resurslarına baxmaq istəməyiblər.

Maraqlananda məlum oldu ki, Portalın sifarişçisi, adı olub özü olmayan qurum, həmin keçmiş Antiinhisar Dövlət Xidməti, hazırlayan isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi , VXSİ Dövlət Agentliyinin ElektronHökumətin İnkişafı Mərkəzidir.
Portalın aşağısında məhz bu qurumun – İN-nin Dövlət Xidmətinin adı qeyd edilib.
Diqqət yetirin, qurum Dövlət Xidmətidir, əslində məntiqlə sifarişçi Prezidentin fərmanına görə yeni mərkəzi icra qurumu, Antiinhisar Dövlət Agentiliyi olmalıydı.

Lakin təəssüf ki belə biri qurum hələlik yoxdur.

Beləliklə , baxmayaraq ki, Prezident konkret sahə üzrə konkret bir göstəriş verib, lakin icra köhnə mexanizmlərlə həyata keçirilir.

Nəticə.

Əgər biz istəyiriksə ki rəqabətli mühit inkişaf etsin, dövlət resurslarından səmərəli istifadə olunsun, şəffaflıq olsun, özəl sektor inkişaf etsin, istehlakçıların və sahibkarların hüquqları qorunsun, onda Prezidentin müvafiq Fərmanı icra olunmalıdır.

Adı çəkilən mərkəzi icra orqanı yaradılmalıdır, quruma ciddi, nəhəng təbii inhisar subyektləri ilə “vuruşmağı” bacaracaq bir rəhbər təyin olunmalıdır.

Dövlət qurumu hansısa xidmət və ya məhsulu almaq istəyirsə əsaslandırma tələb olunmalıdır. Əgər ağlabatan əsaslandırma yoxsa dövlət satınalması olamamlıdır.

Baş tutamyan və rəqabətsiz keçən tenderlərin səbəbləri analiz olunmalıdır.

Satınlamalarla bağlı Portal tam olaraq yendiən hazırlanmalıdır.
Dövlət nəzaərti gücləndirilməli və ictimai nəzarət imkanları genişləndirilməlidir. (Xeberler.az)


Hökumətin Antiinhisar qurumu varmı ?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
     17.10.2019
     İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir
    İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ