Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli istifadəyə verildi

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli istifadəyə verildi
Yayınlanma tarixi: 6/3/2026 12:49:46 PM

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli istifadəyə verildi.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür. Bu baxımdan, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

GÜNÜN MANŞETLERİ

İran: Yəmən böhranının hərbi həlli yoxdur
REGİON / İRAN

İran: Yəmən böhranının hərbi həlli yoxdur

7/26/2026 11:03:29 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

7/26/2026 10:00:25 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM