1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.05.2018 10:11:13

Livanda parlament seçkilərinin nəticələri məlum olub

İslamazeri.com Livan mediasına istinadən xəbər verir ki, Livan "Hizbullah"ı və mütəfiqlərinin "Müqavimətə vəfa ittifaqı" seçkilərdə qalib olublar.

"Əl Məyadeen" telekanalı  "Müqavimətə vəfa ittifaqı"nın qələbə qazandığını, hazırki baş nazir Səəd Həririnin "Əl Müstəqbəl" partiyasının isə məğlub olduğunu bildirib.

15 bölgədə kkeçirilən seçkilərdə 3 milyon 700 min seçici seçkilərə qatılmalı idi. Lakin Livan DİN seçkilərə 49 faiz seici qatıldığını açıqlayıb.

Livan Parlamentinə 128 deputat seçilməlidir ki, bunun üçün 597 namizəd seçkilərə qatılıb.

"Müqavimətə vəfa ittifaqı"nın namizədlərinin hamısı deputat mandatını qazanıb və Səəd Həririnin namizəd olduğu seçki məntəqəsindən namizədliyini irəli sürən "Hizbullah" təmsilçisi Emin Şəri Qərbi Beyrutda  Səəd Həriridən 2000 səs çox toplayıb.

Parlamentə 64 deputat müsəlmanlardan, 64 deputat isə xristianlardan olmalıdır.

Müsəlmanların 64 mandatı isə 28 sünni, 28 şiə, 7 dürzi və 1 ələvi olmalıdır. Qələbə ilə bağlı "Hizbullah" lideri Seyid Həsən Nəsrullahın çıxış edəcəyi bildirilir.

Qeyd edək ki,  "Müqavimətə vəfa ittifaqı"nın dəstəkçiləri "Hizbullah" və "Əməl" partiyalarının bayraqları ilə gecədən qələbə sevincini küçələrə daşıyıblar:



"Hizbullah"ın qatıldığı "Müqavimətə vəfa ittifaqı" seçkilərdə qələbə qazandı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA
    "Hizbullah" lideri Nəsrullah İdlibə dair müqavilənin yaxşı və məqbul olduğunu deyib.
     22.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ