Hindistan Kəşmir əhalisinə Aşura mərasimlərini keçirməyə icazə verib

Hindistan Kəşmir əhalisinə Aşura mərasimlərini keçirməyə icazə verib
Yayınlanma tarixi: 7/29/2023 10:43:44 AM

Bu il Hindistan rəhbərliyi uzun illərdən sonra Kəşmirin şiə əhalisinə Aşura mərasimlərini keçirməyə icazə verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Kəşmirin Hindistan nəzarətindəki hissəsində İmam Hüseynin (ə) anılması məqsədilə kütləvi əzadarlıq mərasimləri keçirilib.

Matəm rəmzi olaraq qara geyinən şiə müsəlmanlar Kəşmirinin əsas şəhəri Srinaqarda əzadarlıq şüarları səsləndiriblər.

Xatırladaq ki, 1989-cu ildən bəri Hindistan hökuməti Kəşmirdə şiələrə Məhərrəm məclis və mərasimləri keçirməyi qadağan edib. Bu il 34 ildə ilk dəfə müsəlmanlar rahat şəkildə və Hindistan polisinin təzyiqlərinə məruz qalmadan əzadarlıq mərasimlərini rahat şəkildə küçələrdə keçirə biliblər.

Məlum olduğu kimi, Hindistan hakimiyyəti işğal altında saxladığı Kəşmirdə müsəlmanları hüquq və azadlıqlarını məhdudlaşdırırlar.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM