Hidrogen elementlər vasitəsilə çalışan Toyota Mirai Ginnesin Rekordlar Kitabına düşüb

Hidrogen elementlər vasitəsilə çalışan Toyota Mirai Ginnesin Rekordlar Kitabına düşüb
Yayınlanma tarixi: 25.10.2021 14:52:31

Toyota Mirai bir dəfə tam yanacaqla təmin olunandan sonra rekord göstəricidə yol qət edə bilib.

Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlər vasitəsilə çalışan mühərrikinin hesabına göstərdiyi çalışma müddəti ilə potensial alıcılarını heyrətləndirir.  İslamazeri.com "technote.az" saytına istinadən xəbər verir ki, sözügedən avtomobil Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, Toyota Mirai bir dəfə tam yanacaqla təmin olunandan sonra rekord göstəricidə yol qətt edə bilib. Toyota Mirai avtomobilinin Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb olmuş yol səyahəti bu ilin 23-24 avqust tarixlərində baş tutub. Avtomobilin sərgilədiyi yekun nəticə isə Ginnesin Rekordlar Kitabının təmsilçiləri tərəfindən qeydə alınıb. Yol səyahətinə startın verilməsindən öncə Ginnesin Rekordlar Kitabının təmsilçisi avtomobilin 5.65 kq hidrogen həcmində olan yanacaq bakını plomblayıb.

FOTO

GÜNÜN MANŞETLERİ