Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:11.08.2022 17:52:19

İslamazeri.com-un Din rubrikasından...

Zeynəbi-Kübra əzəmətli bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbutalibin (ə) qızı, yaxud Hüseyn (ə) və Həsənin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz.

Zeynəbi-Kübranın (s.ə) dəyər və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan möhtəşəm insani, dini mövqeyi və hərəkətinə görədir...

Əgər Zeynəb (s.ə) olmasaydı, Kərbəla hadisəsi tarixi Kərbəla ola bilməzdi. Əgər Zeynəb (s.ə) olmasaydı, Aşura unudulmaz tarixi hadisəyə çevrilməzdi. Bu hadisənin əvvəlindən sonuna qədər Əli (ə) qızının rolu elə əhəmiyyətli və böyükdür ki, insan onun qadın və Əli (ə) qızı formasında ikinci bir Hüseyn (ə) olduğunu düşünür. Həm də Zeynəb (s.ə) olmasaydı, Aşuradan sonra nə baş verərdi? Bəlkə İmam Səccad (ə) da öldürülər və İmam Hüseynin (ə) sözü heç kimə çatmazdı. İmam Hüseynin (ə) şəhadətindən öncə Zeynəb (s.ə) sadoq bir dost kimi idi, imam onunla birgə olanda yalqızlıq və yorğunluq hiss etmirdi. İnsan Zeynəbin (s.ə) siması, söz və hərəkətlərində belə bir xüsusiyyət müşahidə edir.

Zeyəbi-Kübranın (s.ə) bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəbi-Kübranın (s.ə) Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür!

Atası Əlinin (ə) xəlifə ikən öz xalqı qarşısında danışdığı tərzdə eyni sözlər, eyni fəsahət və bəlağətlə, eyni uca məzmunla danışır:

"Ey Kufə əhalisi! Ey xəyanətkarlar, yalançılar! İslam və Əhli-Beyt (ə) davamçısı olduğunuza bəlkə özünüz də inanmışdınız, amma sınaqdan keçmədiniz! İmtahan zamanı korluq göstərdiniz. Sizin rəftarınız diliniz və qəlbinizlə eyni deyildi. Özünüzlə qürur duydunuz. Elə bildiniz imanınız var, hələ də inqilabçı və Əli (ə) davamçısısınız, halbuki belə deyil. Siz imtahandan keçib özünüzü xilas edə bilmədiniz. Yunu əyirib sapa çevirib sonra sapı yenidən yuna və ya pambığa çevirən insana bənzəyirsiniz. Siz avamlıq, şəraiti tanımamaq, haqq və batili ayırd etməməyinizlə öz əməl və keçmişinizi puç etdiniz. Zahiriniz imanlı, ağzınız inqilab iddiaları ilə doludur. Əslində isə puç və müxalif küləklər qarşısında müqavimətsizsiniz".

Həzrəti Zeynəbi-Kübra (s.ə) belə qarışıq və etimadsız insanlar qarşısında bu şəkildə möhtəşəm danışır. O, tarixin qadınıdır. Bu qadın zəif deyil! Qadını zəif adlandırmaq olmaz. Mömin bir qadın ağır şəraitdə özünü belə göstərir. Bu qadın dünyanın bütün böyük kişi və qadınları üçün örnəkdir. O, Peyğəmbər (s) və Əli (ə) inqilablarını izah edir. İnsanlara deyir ki, siz fitnə və imtahan zamanı haqqı ayırd edib vəzifənizi yerinə yetirə bilmədiniz. Nəticədə Peyğəmbərin (s.ə) ciyər parçasının başı nizələrə taxıldı. Zeynəbin (s.ə) əzəmətini bundan dərk etmək olar.

Mənbə: Ayətullah Xamenei "250 yaşlı insan", səh.162

İslamazeri.com


Həzrəti Zeynəbin (s.ə) qəhrəmanlığı və əzəməti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ