EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.11.2017 11:19:49

Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib.

Həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlivəndər Əliyev həyat yoldaşını və körpə uşağını evdən çıxarmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb. Ev sahibinin külə dönmüş cəsədi yığılaraq, doğmalarına təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, ev sahibi 37 yaşlı Əlivəndər Rasim oğlu Əliyev 2 il öncə ailə qurub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs müəllimi olan Əlivəndəri hamı “Alik” kimi tanıyırmış.(Yenicag.az)


Həyat yoldaşını və körpəsini xilas etdi, özü diri-diri yandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ