EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.02.2019 02:27:04

Leyla İsmayılzadə hökumətə, ictimaiyyətə müraciəti ilə bağlı suala cavabda deyib ki, “bizim vicdanlı insanlara sözümüz var, bu haqsızlıqlara, zülmlərə susmasınlar.”

“Taleh Bağırovun hazırkı durumu ilə bağlı məlumatımız yoxdur. O, artıq bir həftədir ki, zəng etmir. İşgəncələrlə bağlı yayılan məlumatlar isə həqiqətdir. Yalnız Taleh Bağırova deyil, Cabbar Cabbarova, Abbas Hüseynə və son zamanlar Qobustan həbsxanasındakı 700 məhbusa da bu əziyyətlər şamil olunub. Əlbəttə, bu, halları qınayırıq və pisləyirik.”

Bu barədə hazırda Qobustan Qapalı Həbsxanasında həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

O, işgəncə halları ilə bağlı sualın cavabında deyib ki, Taleh Bağırovun özünə cismani əziyyət vermirlər. 

“Amma Abbas Hüseyn və Cabbar Cabbarovu döyürlər. Ona isə mənəvi işgəncə vermək istəyirlər. Taleh Bağırovun özünün qolunu hər dəfə köhnə, qanlı qandalla sıx bağlayırlar. Səbəbsiz yerə bir gündə bəlkə də dəfələrlə, iki dəqiqədən bir gəlib adını, familyasını, atasının adını soruşub psixoloji təsir etmək istəyirlər,” İsmayılzadə deyib.

O, həbsxanada baş verənlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, Penitensiar Xidmətə müraciət edildiyini bildirib.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gedib baş çəkib. Penitensiar Xidmətdə deyiblər ki, araşdıracaqlar. Onlar da gedib, özü ilə danışırlar, şikayətləri dinləyirlər, gəlib deyilənləri təkzib edirlər.”

Xanım İsmayılzadə yerli mediada Abbas Hüseynin özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlarla barədə sualın cavabında deyib ki, həyat yoldaşı ilə sonuncu dəfə 2018-ci ilin noyabrında görüşüb. 

“Bizim növbəti görüşümüz fevralın sonunda olacaq. Ona görə, ona qarşı olan işgəncələrin həqiqətə uyğun olub-olmadığını bilmirəm. Amma Taleh Bağırovun özününü dediyinə görə (telefonla dedikləri nəzərdə tutulur-red) əlində, ayağında xəsarətlər var. O insan hansısa səbəbdən özünə xəsarət yetirən deyil. Mən onun nə dərəcədə doğru olduğunu bilmirəm. Amma onu bilirəm ki, xəsarətlər varsa o, özünə görə deyil, digər qardaşlarına (əqidə yoldaşları nəzərdə tutulur-red) əziyyət verildiyinə etiraz etmək məqsədi ilə bunu edib.”

Leyla İsmayılzadə hökumətə, ictimaiyyətə müraciəti ilə bağlı suala cavabda deyib ki, “bizim vicdanlı insanlara sözümüz var, bu haqsızlıqlara, zülmlərə susmasınlar.”

“Bizim hakimiyyətdən istəyimiz, tələbimiz nə ola bilər? Ancaq zülmlərə son qoyulsun. Onlardan artıq bir istəyimiz yoxdur. Əgər insanflı biriləri olsa idilər, zülmləri edib, yüzlərlə insanı illərlə həbs etməzdilər. Onlardan başqa istəyimiz yoxdur. Zülmlərə son qoymalarını tələb edirik. Biz əfv yox, onlara bəraət verilməsini tələb edirik. Bütün vicdanlı insanların bu haqsızlıqlara susmamasını istəyirik,” Taleh Bağırovun həyat yoldaşı Amerikanın Səsinə müshabəsində bildirib.

Penitensiar Xidmət işgəncələr və qeyri-insani rəftarla bağlı yayılan məlumatları təkzib edir.

“Bunlar tam yalan və həqiqətə uyğun olmayan məlumatlardır. Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib. (Amerikanın səsi)


Həyat yoldaşıma cismani əziyyət vermirlər, lakin... - Leyla İsmayılzadə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ