EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.04.2019 13:54:22

Dini sferanın şəffaflığı, ictimaiyyətin bütün nümayəndələrinin eyni mövqedən çıxış etməsi önəmlidir.

"Dini sferanın şəffaflığı, ictimaiyyətin bütün nümayəndələrinin eyni mövqedən çıxış etməsi önəmlidir. Başqa ölkələrdən gələn nümayəndələrə belə ölkədəki dini münasibətlər nümunə kimi göstərilə bilər"
Azvision.az xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, media nümayəndələrinin din sahəsində məlumatlı olması yazılan xəbərlərin daha sanballı olmasına kömək edir: "Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir. Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir. Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir. Ölkədə bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə düşən məsuliyyət çox böyükdür və onlar bunun öhdəsindən layiqincə gəlirlər. Mediadan da mümkün qədər yaxşı istifadə edilir".

Ə.Zülfüqarov qeyd edib ki, bu gün sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir. "Ona görə də radikal qrupların, xurafata meyilli olan qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq üçün cəhdlərinin qarşısı alınmalıdır. Bu səbəbdən biz birlikdə belə məqamların qarşısını almaq üçün çalışmalıyıq. Dini Komitə orada bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər görüb və görməyə davam edir".


“Heç bir dinə digərindən üstünlük verilmir” - PA rəsmisi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dənizdən qadın meyiti tapılıb - FOTOLAR (18+)
    Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
     19.04.2019
    Orqan alverinin qurbanları məhkəmədə şikayətlərinin olmadığını dedilər
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ