Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 4 il müddətinə azadlıqdan məhrum edilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 4 il müddətinə azadlıqdan məhrum edilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.
APA-nın məlumatına görə, H.Vəliyevin cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyevin çəkilməmiş cəzası şərti cəza ilə əvəz edilib və o azadlığa buraxılıb.
Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsdə olan baş redaktor azadlığa buraxılıb