1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:29.10.2020 19:49:13

Gürcüstanın Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.

Bu haqda İslamazeri.com-a Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bildirib.
O bildirib ki, çap olunmuş müqəddəs kitabın tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunan bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi İdarənin əməkdaşı, illahiyatçı Rezo Mikeladzeyə məxsusdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.
Onu da qeyd edək ki, 5 il bundan öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.

Gürcüstanın Müdafiə Nazirliyi Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ