EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.11.2019 20:16:47

Gürcüstanın dini konfessiya rəhbər və nümayəndələri Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədirlər.

Gürcüstanın dini konfessiya rəhbər və nümayəndələri Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədirlər.

İslamazeri.com xəbər verir ki, "Rondeli" Strateji Tərəfdaşlıq və Beynəlxalq Əlaqələr Araşdırma Fondunun təşkil etdiyi səfər çərçivəsində dini icma təmsilçiləri Avropa Parlamentində (AP), AP nəzdində fəaliyyət göstərən Avropa Xalq Partiyasının ofisində və NATO-nun iqamətgahında olublar.

Görüşlər çərçivəsində Avropa Birliyinin rəsmiləri, Parlament üzvləri və bir sıra mühüm siyasi məqam sahibləri ilə Gürcüstanın marağında olan və narahat edən bir çox mövzularda (o cümlədən siyasi, ictimai və dini sahədə) fikir mübadiləsi aparıblar.

Görüşlərdə iştirak edən Bütün Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftiləri ölkədə İslam dininin vəziyyəti, mövcud və yarana biləcək problemlər haqqında fikir bildiriblər. Ölkədə fərqli millət və məzhəblərin tarix boyu bir arada mehriban şəkildə vəhdət təşkil etdiklərini qeyd etmiş, bu tarixi ənənəni pozmaq, İslam icmasını məzhəb adına iki fərqli konfessiyalara bölmək fikirinə qarşı olduqlarını söyləyiblər.

Avropa Parlamentində çıxışı zamanı BGMİ-nin şeyxi Hacı Ramin İgidov Gürcüstanda məscidlərin tikilməsi yönündə mövcud olan problemlər haqda müsəlman vətəndaşların narahatçılqlarını da dilə gətirib. O, qeyd edib ki, dini ibadət məkanlarının tikilişinə rəsmi icazə verilməmə halı vətəndaşların ibadətetmə haqlarını əlindən alır. Onu da əlavə edib ki, tikilişə rəsmi icazə verilməməsi halından istifadə edib bəzən maddi qaynağı bəlli olmayan radikal qrupların tikili mülklər alıb dini məkanlara çevirmələrinə şərait yaradılmış olur.

Sabah dini icma rəhbərləri AP-nin iclas zalında "Problemlərin həllində dinin rolu" mövzusunda keçirələcək seminarda və bir çox görüşlərdə iştirak edəcəklər.

İslamazeri.com


Gürcüstanın dini konfessiya rəhbər və nümayəndələri Brüsseldə səfərdədir - ƏTRAFLI FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ