1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.04.2019 21:49:53

Tədbirdə Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə yerli və Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirin aparıcısı Məşhədi Vidadi Qurbanov məclisin öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün Azərbaycanlı mahir Quran qiraətçisi Ruslan Qasımovu kürsüyə dəvət edib.

Sonra yerli ruhanilərdən olan Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov qonaqları təqdim edərək təbriklərini çatdırıb.

Mərasimin təşkilatçısı olan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarına təbrik etdikdən sonra Peyğəmbər (s) və pak əhlibeytinin (ə) viladət və şəhadət günlərinin keçirilməsinin məqsəd və faydalarından danışıb.

Daha sonra kürsüyə dəvət olunan Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu, tanınmış din alimi Hacı Əhliman Rüstəmov, Almaniyanın imam cümələrindən olan, din alimi Hacı Kerim Ucar, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare çıxışları zamanı əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan qonaq olan Hasan Babur yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib. Bayram tədbiri İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.


Gürcüstanda Məbəs bayramı tədbiri keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ