EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.03.2020 11:09:40

Mərasimdə şəhərin din, elm, ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

İslamazeri.com xəbər verir ki, Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Kaspi munisipalitetinin Çixiciri kəndində mərasim təşkil olunub.

Mərasimdə şəhərin din, elm, ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Kərbəlayi Pərviz Abdullayev, Hacı Əli Nəqiyevin Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib.

O mərasim iştirakçılarını salamlayıb bayramlar münasibəti ilə təbrik etdikdən sonra danışan və eyni zamanda yaşayan canlı Quran olan Hz. Əlinin (ə) fəzilət və üstün şəxsiyyəti haqda danışıb. Birinci imamın həyatından tarixi sitatlar gətirərək əsl müsəlmanın O Həzrətin yaşayışını örnək alaraq yaşadığı təqdirdə düzgün islamı yaşamış olacağından danışıb.

Sonra çıxış üçün kürsüyə Gürcüstan Ruhanilər Heyətinin üzvü Kərbəlayi Fidovsi Qasımov və Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare və başqaları dəvət olunub.

Çıxış edən din alimləri Quran və mötəbər hədislərə əsaslanaraq İslam dünyasının nüfuzlu rəhbəri və alimi Hz. İmam Əlinin yüksək insani keyfiyyətləri, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarına geniş məlumat veriblər.

Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir, mədhiyyə və ilahilərlə davam edib. Sonda İmam Əli (ə) haqda sual-cavab yarışı olunub. Qaliblər mükafatlandırılıb. Bayram süfrəsi ətrafında keçirilən mərasim dua oxunmaqla sona çatıb.


Gürcüstanda İmam Əlinin (ə) mövludu keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə koronavirusa yoluxanların sayı 10827 oldu - ÜMUMİ VƏZİYYƏT
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 168-ə çatıb
     31.03.2020
    31 Mart Azərbaycanlıların Soyqırımı günüdür
    Erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür.
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ