Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.02.2021 13:14:49

Marneulinin Ağaməmmədli kəndində yerləşən İmam Rza (ə) adına məscidinin tədbir zalında Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi, ilk iman gətirən və iman gətirənlərin əmiri, Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olunub.

İslamazeri.com  xəbər verir ki, mərasimdə elm, din və ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan dindarlar və yerli müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı məscidin axundu olan Hacı Çingiz Əliyev qonaqları təbrik edərək salamlayıb. Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O çıxışı zamanı təbrikdən sonra bu günlərə təsadüf edən əsrin faciəsi olan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı çatdırıb. Faciə və qurbanları haqqında danışıb və şəhidləri rəhmət və dua ilə anıbdır. Sonra Hz. Əlinin (ə) fəzilətləri və yüksək insani keyfiyyətlərinin müsəlmanlar üçün nümunə olması haqqında ətraflı məlumat verib. Əhlibeyt qarşısında müsəlmanların üzərinə düşən məsuliyyət barədə danışıb.
Sonra kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov İmam Əlinin (ə) bir səhabə və saleh şəxsiyyət olaraq məqam və fəzilətləri haqqında danışıb. Müsəlmanların belə dahi şəxsiyyətləri örnək götürmənin önəmini bildirib.
Sonra isə çıxış üçün söz Türkiyənin Diyanət İşləri Başkanlığının ölkəmizdəki nümayəndəsi Hacı Ahmet Erdemə, Gürcüstanın dəyərli ruhanilərindən olan Kərbəlayi Elçin Daşdanova, Yazıçı, publisist Əli Abbas müəllimə verilib.
Gürcüstan Müsəlmanları İdarəsi və Əhlibeyt Cəmiyyətinin birgə təşkil etdiyi mərasim Əhlibeyt məddahı Said Həsən və yerli möminlərdən olan Turqut Məmmədovun ifasında ilahi nəğmələr, qəsidə və qəzəllər oxunmaqla sona çatıb.

Gürcüstanda İmam Əli (ə) mövludu qeyd edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
    Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bu il ərzində uşaqlara ən çox verilən adları açıqlayıb.
     8.12.2021
    Son sutkadakı yoluxma sayı açıqlandı
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033 test aparıldığı bildirilib.
     8.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ