Gürcüstanda etirazlara səbəb olan qanun layihəsindən imtina edildi

Gürcüstanda etirazlara səbəb olan qanun layihəsindən imtina edildi
Yayınlanma tarixi: 9.03.2023 14:39:20

Gürcüstan iki gecə davam edən etirazlardan sonra mübahisəli “xarici agentlər” qanun layihəsini geri götürüb.

İslamazeri.com xəbər verir ki, Gürcüstanın hakim partiyası iki gecə davam edən şiddətli etirazlardan və Rusiyanın oxşar qanunundan ilhamlandığına dair tənqidlərdən sonra “xarici agentlər” qanun layihəsini geri götürüb.

Partiyanın  açıqlamasında: “Dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürürük”.

Gürcüstanda “xarici təsirin şəffaflığı haqqında” qanunun təsdiqlənməsinə etiraz edən aksiyaçılar Parlament binasını mühasirəyə almağa cəhd edərkən, təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz və şırnaq ilə müdaxiləsi  nəticəsində dağıdılıb.

Qanunda nəzərdə tutulurdu ki, KİV və qeyri-hökumət təşkilatları maliyyələrinin 20 faizindən çoxu xarici mənbələrdən əldə edilərsə, onlar “xarici agent” kimi qeydiyyata alınacaqlar. Müxaliflər isə bunun ölkənin Avropa İttifaqına üzv  olmasına zərbə endirəcəyi nəzərindən müdafiə edirdilər.

GÜNÜN MANŞETLERİ