Bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib
İslamazeri.com "trend"ə istinadən xəbər verir ki, bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib.
Gürcüstanın Milli Turizm Administrasiyası bu barədə açıqlama verib.
Qeyd olunur ki, bunlardan 1,9 milyon nəfəri turist qismində səfər edib.
Bu müddət ərzində ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdə qərarlaşıb.
Dörd ay ərzində Azərbaycandan Gürcüstana 400 min nəfər səfər edib ki, bununla da ölkə birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya vətəndaşları qərarlaşıb.
Foto və video İslamazeri-yə aiddir...
Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır - VİDEO, FOTO