Gürcüstan və Polşa bunu ləğv etdi

Gürcüstan və Polşa bunu ləğv etdi
Yayınlanma tarixi: 3.04.2023 12:51:29

“Gürcüstan və Polşa Respublikası arasında gəlirlər üzrə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməməsinin və vergidən yayınmanın qarşısının alınması haqqında” razılaşma qüvvəyə minib

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.

Nazirlikdən verilmiş məlumatda yenilənmiş razılaşmanı Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Polşa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Marius Maşkieviçin 2021-ci ilin iyulun 7-də imzaladıqları deyilir.

“Bu razılaşmanın 2006-cı ildə Gürcüstan və Polşa arasında bağlanmış razılaşmanı əvəz etməsi xüsusilə vacibdir.

Yeni sənəd İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş 2017-ci il modelinə əsaslanır və Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə layihəsi ilə müəyyən edilmiş standartları əks etdirir.

Həmçinin qeyd etmək yerinə düşər ki, yeni razılaşmada dividendlər, faizlər və royalti mənbələri ilə əlaqədar vergitutma dərəcələri azaldılıb və köhnə razılaşmadakı 10% əvəzinə 5%-lə müəyyən edilib.

Razılaşmanın məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyə və investisiyaların cəlb edilməsinə xidmət edir.

Hazırda 57 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşma qüvvədədir” -deyə Gürcüstanın Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55