Gürcüstan: Ukraynaya hərbi yardım etməyəcəyik!

Gürcüstan: Ukraynaya hərbi yardım etməyəcəyik!
Yayınlanma tarixi: 7.12.2022 10:55:47

Bu barədə Gürcüstan parlamentinin hakim fraksiyası olan “Gürcü Arzusu”nun sədri Mamuka Mdinaradze bəyan edib.

Gürcüstan Ukraynaya hərbi yardım edə bilməz və etməyəcək də.

İslamazeri.com TASS-a istinaədn xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin hakim fraksiyası olan “Gürcü Arzusu”nun sədri Mamuka Mdinaradze bəyan edib.

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov daha öncə bildirmişdi ki, Kiyev hərbi və ya ikili təyinatlı texnikanın verilməsi xahişi ilə dəfələrlə Tbilisiyə müraciət edib, lakin həmin müraciətlər cavabsız qalıb.

Gürcüstan Ukraynaya tam və qeyd-şərtsiz siyasi dəstək göstərir. O, həmçinin öz imkanlarının hüdudlarından kənar humanitar yardım da göstərir, hərbi yardımı isə biz edə bilməyəcəyik və etməyəcəyik də“, – deyə Mdinaradze qeyd edib.

Gürcüstanlı rəsmi hərbi yardımın etməkdən imtinanın səbəbini ölkəsinin Abxaziya və Cənubi Osetiya kimi problemlərinin olması ilə izah edib.

GÜNÜN MANŞETLERİ