Gürcüstan prezidenti nazirlikdə keçirilən konfransa qatılmağı rədd etdi

Gürcüstan prezidenti nazirlikdə keçirilən konfransa qatılmağı rədd etdi
Yayınlanma tarixi: 26.12.2022 13:50:57

Salome Zurabişvili Xarici İşlər Nazirliyində ilin yekun tədbirinə qatılmayıb

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb protokol pozuntusu olub.

“Prezident bu gün planlaşdırılan “səfirlərin konfransı”na qatılmayıb, çünki protokolda prezidentə verilən yer nəzərdə tutulmayıb ki, bu da diplomatik protokolun pozulması deməkdir”, - deyə məlumatda bildirilib.

Baş nazir konfransda səfirlər qarşısında çıxış edərək, ölkənin son bir ildə əldə etdiyi nailiyyətlərdən danışıb. 

GÜNÜN MANŞETLERİ